2021-ci ilin sonundan etibarən “ Edu Dream Academy” MMC-ni təsis edərək təhsil sahəsində fəaliyyətə
başlamışıq. 2022-ci ilin sonlarından fəaliyyət sahəmizi genişləndirib hüquq xidmətlərini əlavə edərək
“Legal Services Company” MMC-ni təsis etmiş və hazırda həm təhsil, həm də hüquq xidmətləri göstərməyə
uğurla davam edirik.
Təhsil xidmətləri istiqaməti “LEGAL EDUCATION” adı altında fəaliyyət göstərir. Bu istiqamət üzrə
tələbələrə xaricdə və əcnəbilər üçün Azərbaycanda təhsil imkanları ilə bağlı peşəkar məsləhət və dəstək
xidmətləri təqdim olunur.
Hazırda “LEGAL EDUCATION” Azərbaycan universitetləri ilə eyni zamanda 15 ölkədə 30-dan artıq xarici
universitetlərlə əməkdaşlıq və rəsmi tərəfdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlıqlar sayəsində
tələbələrə universitet seçimi, qəbul prosesi və digər zəruri mərhələlərdə kompleks dəstək göstərilir.
Xarici universitetlərə qəbul prosesi çox vaxt qarışıq görünür: mürəkkəb tələblər, ciddi son tarixlər, hüquqi sənədlərin toplanması və viza məsələləri. LegalEduAz olaraq biz bütün bu bürokratik prosesi öz üzərimizə götürürük.
Biz sadəcə anket doldurmuruq. Hər bir abituriyent üçün fərdi qəbul strategiyası hazırlayırıq ki, sizin güclü tərəfləriniz ön plana çıxsın və arzuladığınız universitetə qəbul şansınız artsın. Sizin uğurunuz — bizim reputasiyamızdır.
Heç bir gizli ödəniş və yanlış vəd yoxdur. Siz həmişə işinizin hansı mərhələdə olduğunu bilir və məlumatlandırılırsınız.
Bizim hüquqşünas və məsləhətçilərimiz miqrasiya və təhsil qanunvericiliyindəki dəyişiklikləri daima izləyir, valideynlərə və tələbəyə konsultasiya zamanı ətraflı məlumat təqdim edirlər.
Biz hər bir insanla ayrı-ayrılıqda işləyirik, kütləvi yanaşma tətbiq etmirik. Sizin işiniz bütün şəxsi tələbləriniz və arzularınız nəzərə alınaraq qiymətləndirilir.